22 fevral 2012 00:02
Fars-yəhudi münaqişəsi futbol matçının ləğvinə səbəb oldu
İranın “Sepahan” klubu Serbiyanın “Partizan” klubu ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, buna səbəb serb klubuna israilli mütəxəssisin başçılıq etməsi olub.
Məlumata görə, “Sepahan” və “Partizan” Antalyada yoldaşlıq oyunu keçirmək barədə razılığa gəlibmiş. Amma təxminən bir aydı yəhudi Avram Qrantın “Partizan”a başçılıq etməsi iranlıların oyundan imtinası ilə nəticələnib.
Olayla bağlı açıqlama verən Qrant bu addımı pisləyib: “İdmanı heç bir zaman siyasətə qarışdırmadım. İngiltərədə onlarla müsəlmanla çalışdım. Bir çox ilə dostluq münasibətim var. İran klubunun addımı utanc verir”.
