21 fevral 2012 12:23
Elvin Məmmədov: Bakı qələbə hissini itirib
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Premyer Liqanın 21-ci turunun “Simurq”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Bu qələbə bizə lazım idi. Düzdü, oyun ərzində səhvlər oldu. Lakin sonda biz qalib gələ bildik. Komandamız qələbə hissini itirib. Çünki komanda yeni yığılıb. Azarkeşlər də bizi başa düşməlidi. Futbolçu heyətdə möhkəmlənməli, daim oynamalıdı. 1-2 oyunla nəsə mümkün deyil. Bizə vaxt lazımdı. Qarşıda “İnter” və “Neftçi” ilə 2 çətin oyunumuz var. Bu oyunlarda istədiyimizi əldə edib, liderlərlə xal fərqini azaltmalıyıq”.
