21 fevral 2012 12:42
Millimiz İslandiya ilə oyun öncəsi sınaq matçı keçirəcək
Fevralın 24-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AZAL klubu ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 17:00-da başlayacaq.
Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız fevralın 29-da, saat 18:00-da, “Dalğa Arena”da İslandiya komandası ilə qarşılaşacaq.
