22 fevral 2012 13:03

Rahid Əmirquliyev XL-da rekordları sıralayır

Premyer Liqanın 21-ci turu “Xəzər Lənkəran” klubu üçün rekord göstəricinin təkrarlanması ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Qəbələ” ilə görüş komandanın kapitanı Rahid Əmirquliyevin “Xəzər Lənkəran”ın heyətində 176-cı rəsmi oyunu kimi tarixə düşüb.
 
Bununla da yarımmüdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu ünvanına şərik olub. Bu matçadək 176 oyunla mütləq rekorda malik Alim Qurbanovun ehtiyatda qalmasından yararlanan Rahid təcrübəli komanda yoldaşına çatıb. Qurbanovun son vaxtlar nadir hallarda meydana çıxdığını nəzərə alsaq Əmirquliyev tezliklə mütləq rekordun da sahibi olacaq.
 
2006-cı ilin yayından “Xəzər Lənkəran”da çıxış edən yarımmüdafiəçi 176 matçlıq rekorda özünün komandadakı 6-cı mövsümündə çatıb. Bu müddətdə Azərbaycan çempionatı və kuboku ilə yanaşı Çempionlar Liqası, Avropa Liqası (UEFA kuboku) və Birlik kubokunda da oynamış futbolçu bir sıra titullar da qazanıb. Ölkə çempionu, 3 qat kubok sahibi və Birlik kubokunun qalibi olan Rahid bu müddətdə 22 qol sevinci yaşayıb. Bunlardan ikisi bu il baş tutan AZAL və “Qəbələ” ilə qarşılaşmalarda vurulub. “Xəzər Lənkəran”ın 2012-ci ildə rəsmi matçlarda vurduğu bütün qolların müəllifi olan kapitan cari mövsümdə 10-cu dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Qeyd edək ki, ötən ilin “Bakı” ilə baş tutan son oyununda da qol sevinci yaşayan Rahid ardıcıl 3 matçdır meydanı qolsuz da tərk etmir. Üstəlik bakılıların qapısına vurulan məhz sonuncu qolun da Əmirquliyevin hesabında olduğunu da nəzərə alsaq “Xəzər Lənkəran”ın rəsmi oyunlarda vurduğu son 3 qol rekordçu kapitandan gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.