22 fevral 2012 13:53
“Zədəmi sağaldıb Neftçiyə kömək etmək istəyirəm”
"Neftçi" - "Rəvan" matçını izləyənlər arasında “flaqman”ın braziliyalı futbolçusu Rodriqinyo da olub. Azerisport.az xəbər verir ki, zədəli olan futbolçu hazırki durumu ilə bağlı danışıb:
"Uzun müddətdi ki, Baziliyada müalicə olunuram. Ötən ay əməliyyat olundum və hazırda bərpa prosesini keçirəm. Həm futbol oynamaq üçün, həm də komanda yoldaşlarım üçün darıxdım. Ona görə də, "Neftçi" - "Rəvan" oyununu gəlib stadiondan izlədim. Komanda yoldaşlarım sona kimi mübarizə aparıb layiqli qələbə qazandı. İstəyirəm ki, tez bir zamanda zədəmi sağaldıb komandama kömək edim".
