22 fevral 2012 14:17
Rəşad Abdullayev: İstədiyimiz oyunu göstərdik
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev Premyer Liqanın 21-ci turunun "Rəvan"la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları oyunla bağlı bunları dilə gətirib:
"Bilirdik ki, liderliyimizi qorumaq üçün mütləq qələbə qazanmalıyıq. Üstəlik "Rəvan" da ilk altılıq üçün oynayırdı. Topu özümüzdə daha çox saxlayıb istədiyimiz oyunu göstərdik. Azarkeşlərimizə də minnətdarıq ki, gəlib bizi sona kimi dəstəklədilər".
