22 fevral 2012 14:39

Qəbələdən seriyalar, yubileylər və ilklərlə zəngin qələbə

Azərbaycan Premyer Liqasının 21-ci turu “Qəbələ” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Azerisport.az xəbər verir ki, öz meydanında “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edən komanda bir neçə ilkə imza atmaqla yanaşı yubileylər də qeyd edib.
 
- Matçın 66-cı dəqiqəsində meydana çıxan Ürfan Abbasov karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da 20 yaşlı futbolçu klub tarixinin 130-cu oyunçusu olub. Bunlardan 16-sı yalnız Azərbaycan kubokunda oynadığından Abbasov Premyer Liqada “Qəbələ” forması geyən 114-cü oyunçu olub.
 
Xatırladaq ki, ötən turun “Simurq”la səfərdəki oyununda fransalı Yannik Kamanan və Elmar Baxşiyev də “Qəbələ”də debüt etmişdilər. Bu 130 futbolçudan 73-ü yerli, 57-si legionerdi ki, onlar da 26 ölkəni təmsil edir: Gürcüstan – 9, Braziliya, Rusiya – hərəsi 6, Serbiya, Ukrayna – hərəsi 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya – hərəsi 2, Argentina, Qvineya, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka, Şotlandiya və Fransa – hərəsi 1. Bu 57 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb. 
 
- Komanda 4 quru oyundan sonra qapısından qol buraxıb. Latviyalı qapıçı Pavel Doroşev sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görmüşdü. 79 gün əvvəlki həmin matçın 39-cu dəqiqəsində Samir Abasov “Qəbələ”nin qapısına qol vura bilmişdi. Sonrakı 4 qarşılaşmada qapısını toxunulmaz saxlayan Pavel “Xəzər Lənkəran”la görüşün 26-cı dəqiqəsində topu qapıdan çıxarıb. Rahid Əmirquliyevin vurduğu qol Doroşevin 437 dəqiqəlik seriyasına son qoyub.
 
- “Qəbələ”nin 2 futbolçusu üçün “Xəzər Lənkəran”la görüş yubiley xarakteri daşıyıb. Dodo komandada 20-ci oyununa çıxıbsa, Bruno da Silva Premyer Liqada 30-cu dəfə “Qəbələ” forması geyib.
 
- Komandanın qələbə qolunu vuran Deon Barton klub tarixində 13-cü dəfə rəqib qapısına yol tapdı. Bununla da o, “Qəbələ”nin ümumi bombardirləri siyahısında 3-cü yerin vahid sahibi oldu. Artıq İbrahim Hüseynovdan 1 qol öndə olan yamaykalı Kənan Kərimovdan 5, Rövşən Əhmədovdan 7 qol geri qalır. Lakin bütün qollarını çempionatda vuran Deon klubunun Premyer Liqadakı ən yaxşı bombardiridir.
 
- Premyer Liqada 160-cı oyununa çıxan “Qəbələ”nin qələbə qolu da yubiley əhəmiyyəti kəsb edib. Bartonun qolu komandasının öz meydanında vurduğu ümumilikdə 160-cı, çempionatdakı ev matçlarında isə 90-cı qol olub. 
 
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələri məğlubiyyətsiz oyunlar sayını 7-yə çatdırıb. Yenilməzliyini 87 günə çatdıran “Qəbələ” uduzmadığı 7 oyunda 5 qələbə qazanıb və 2 heç-heçə edib. Bu matçlardakı top fərqi 10:2-dir. Bu matçların 6-sı çempionatda qeydə alınıb ki, cari mövsüm bu, komanda üçün ən yaxşı seriyadır.
 
- “Qəbələ” ötən il oktyabrın 29-da öz meydanında “Simurq”a 0:2 hesabı ilə uduzduqdan sonra ev matçlarında da 6 oyundur məğlub olmur. Bu matçların 5-i Premyer Liqa, 1-i kubok çərçivəsində baş tutub.
 
- Təsnifat mərhələsinin son 2 oyunundan asılı olmayaraq “Qəbələ” ötən mövsümkü göstəricisini arxada qoydu. Belə ki, artıq hesabında 32 xal olan komanda 2010/11 mövsümünün təsnifat mərhələsində cəmi 31 xal toplaya bilmişdi. “Qəbələ” “altılıq” sistemi ilə keçirilən 3 çempionatdan yalnız 1-cisində - 2009/10 mövsümündə ilk 22 matçlıq bölümdə daha çox – 36 xal toplamışdı. Qarşıdakı 2 matçda 4 xal toplanacağı halda həmin rekord təkrarlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.