22 fevral 2012 15:06
Beşiktaşın prezidenti olmağa ən real namizəd Mənsimovdu
“Beşiktaş”ın prezident postuna əsas namizədin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Türkiyə mediası həmyerlimiz Mübariz Mənsimovu bu posta bir nömrəli namizəd hesab edir.
Qeyd edək ki, “Beşiktaş”ın hazırkı başçısı Yıldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürüb. Dəmirörən TFF prezidenti seçilsə, “Beşiktaş”dan istefa verəcək. Bu halda, klub növbədənkənar seçki keçirməli olacaq.
Türkiyə mətbuatının iddialarına görə, seçkidə Murat Aksu, Həsən Arat, Fikrət Orman, Serdal Adalı ilə yanaşı, Mübariz Mənsimov da namizəd olacaq. Lakin “Beşiktaş”da əksəriyyət geniş maliyyə imkanları olan klubun prezident olmasını istəyir. Belə olan halda isə ən yaxşı variant Mübariz Mənsimovdu. “Palmali” Şirkətlər Qrupunun prezidenti digər rəqiblərinə nisbətən daha böyük sərvətin sahibidi. Onunla yalnız “Anadolu” Şirkətlər Qrupunun sahibi Tuncay Özilhan mübarizə apara bilər ki, onun namizəd olub-olmayacağı bilinmir.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasına seçkilər fevralın 27-də keçiriləcək.
