22 fevral 2012 16:43
Finalda İnterlə Neftçi qarşılaşacaq
Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin finalına vəsiqə qazanmış komandalar müəyyənləşib. Azerisport.az xəbər verir ki, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da bu gün keçirilmiş yarımfinal oyunlarında «İnter» 2:0 hesabı ilə «Əlincə» komandasını, «Neftçi» isə 3:0 hesabı ilə «Qarabağ»ı məğlub edib.
Beləliklə, sabah – fevralın 23-də, saat 12:30-da, «Dalğa Arena»da keçiriləcək final oyununda «İnter» və «Neftçi» komandaları qarşılaşacaq.
