22 fevral 2012 17:15
Rəvan çempionatımızın oyununa çıxmaqdan imtina etdi
Futzal üzrə Azərbaycan çempionatının yüksək dəstəsində 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Qarabağ Veteranları” “Qala” üzərində minimal hesablı (!) qələbəyə sevinib.
“Araz” - “Rəvan” matçı baş tutmayıb. Bu üzdən də AFFA-nın İntizam Komitəsi bu oyunla bağlı xüsusi qərar çıxarıb. Qərarda bildirilir ki, 21 fevral 2012-ci il tarixində futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Rəvan” matçında “Rəvan” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
“Ekol” “Neftci İSM”lə mübarizədən məğlub ayrılıb. “Azecolab”la qarşılaşan PSL isə rəqibin darmadağın edib.
Nəticələri diqqətinizə çatdırırıq:
Qarabağ Veteranları – Qala 1:0
Araz – Rəvan 5:0
Ekol – Neftci İSM 3:6
Azecolab – PSL 5:19
