22 fevral 2012 16:52
AFFA Simurqa texniki məğlubiyyət verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“İnter” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “İnter”in futbolçusu Anar Məhərrəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Simurq” – “Bakı” matçda “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Simurq” klubu Əsasnamənin tələblərinini pozduğuna görə, yəni meydançaya yaşı 21-dən yuxarı olan 6-cı futbolçunu buraxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 19-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Akif Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçda “Qəbələ” klubu texniki zonanı hazır vəziyyətə gətirmədiyi üçün kluba xəbərdarlıq edilib. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
