22 fevral 2012 18:36
Millimizdən çətin qələbə (FOTOREPORTAJ)
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Təhsil” Futbol Məktəbinin U-15 (oğlanlar) komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. U-17-nin heyətində 2 dəfə Aliyə Vəliyeva, hərəyə bir dəfə isə Aysun Əliyeva və Nigar Cəlilli fərqlənib.
