22 fevral 2012 11:54
Yığmamızın forvardının Deportivodan ayrılacağı tarix dəqiqləşdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov komandamızın Dubay toplanışından sonra İspaniyanın “Deportivo Kastelyon” klubuyla yollarını ayıracaq. Azerisport.az xəbər verir ki, bunu İspaniya mətbuatı iddia edib.
Məlumatda bildirilir ki, yaxın günlərdə komandanı dörd futbolçu tərk edəcək. Yığmamızın toplanışı başa çatandan sonra isə komandadan gedəcək Joel, Mark Kosme, Aaron və Andrey Blindaya Umarov da qoşulacaq.
Qeyd edək ki, sözügedən klub hazırda ciddi maliyyət böhranı yaşamaqdadı. Klub rəhbərliyi bu üzdən aylardı futbolçularının maaşını da verə bilmir.
