22 fevral 2012 12:08
AZAL 200 həddini keçdi
Paytaxtın AZAL klubu Premyer Liqada özünün 200-cü qolunu vurub. Azerisport.az xəbər verir ki, mövsümün 21-ci turunun “Turan”la qarşılaşmasına qədər hesabında 199 qol olan paytaxt təmsilçisi yubiley qolunu elə matçın ilk dəqiqəsində rəqib qapısından keçirib. Matçda dubl edən Zohair Benuahinin ilk qolu komandası üçün yubiley əhəmiyyəti kəsb edib.
2005/06 mövsümündə Azərbaycan çempionatının güclülər dəstəsində “Olimpik” adı altında debüt edən, sonradan “Olimpik-Şüvəlan”, indi isə AZAL adını daşıyan klub 200-cü qolunu Premyer Liqadakı 7-ci mövsümündə vurub. Mərakeşli legionerin vurduğu yubiley qolu ilə kifayətlənməyən bakılılar matçın sonunadək bu rəqəmi 202-yə də çatdırıb ki, bunlar da 186 qarşılaşma ərzində reallaşıb.
AZAL-ln Premyer Liqadakı bütün qolları
2005/06 mövsümündə Azərbaycan çempionatının güclülər dəstəsində “Olimpik” adı altında debüt edən, sonradan “Olimpik-Şüvəlan”, indi isə AZAL adını daşıyan klub 200-cü qolunu Premyer Liqadakı 7-ci mövsümündə vurub. Mərakeşli legionerin vurduğu yubiley qolu ilə kifayətlənməyən bakılılar matçın sonunadək bu rəqəmi 202-yə də çatdırıb ki, bunlar da 186 qarşılaşma ərzində reallaşıb.
AZAL-ln Premyer Liqadakı bütün qolları
|
mövsüm
|
Premyer Liqa
|
evdə
|
səfərdə
|
|
2005/06
|
15
|
5
|
10
|
|
2006/07
|
28
|
18
|
10
|
|
2007/08
|
29
|
18
|
11
|
|
2008/09
|
32
|
16
|
16
|
|
2009/10
|
33
|
18
|
15
|
|
2010/11
|
36
|
23
|
13
|
|
2011/12
|
29
|
20
|
9
|
|
Cəmi
|
202
|
118
|
84
|
AZAL-ın tarixi qolunun müəllifi olan Benuahi bunu bacaran 3-cü legioner olub. Belə ki, paytaxt təmsilçisinin 50-ci və 150-ci qolları da əcnəbilərdən, ilk və 100-cü qolu isə yerli oyunçulardan gəlmişdi. Tarixi qollarından 4-nü öz meydanında vuran bakılılar yalnız 100-cü qolu səfərdə rəqib qapısından keçirib. Belə qolların vurulduğu matçlarda adətən qələbə qazanan AZAL üçün yalnız ilk oyun uğursuzluqla nəticələnib.
AZAL-ın çempionatda tarixi qolları
AZAL-ın çempionatda tarixi qolları
|
№
|
tarix
|
oyun
|
hesab
|
qol müəllifi
|
qəqiqə
|
|
1-ci qol
|
27.08.2005
|
Olimpik – Qarabağ
|
1:2
|
Vidadi Rzayev
|
45+1 (pen.)
|
|
50-ci qol
|
16.09.2007
|
Olimpik – İnter
|
1:0
|
Junivan
|
61
|
|
100-cü qol
|
11.05.2009
|
MOİK – Olimpik
|
1:6
|
Nəriman Əzimov
|
41 (matçda 2–ci qol)
|
|
150-ci qol
|
16.10.2010
|
AZAL – İnter
|
5:0
|
Viktor İbekoyi
|
79 (matçda 4-cü qol)
|
|
200-cü qol
|
21.02.2012
|
AZAL – Turan
|
3:2
|
Zohair Benuahi
|
1 (matçda 1-ci qol)
|
Qeyd edək ki, yubileylə əlamətdar qarşılaşmada dubl edən Zohair həm də klubun Premyer Liqadakı ən yaxşı bombardirləri sırasına qoşulub. AZAL-ın 202 qolunun müəlliflərindən yalnız 6-sı 10 və ya daha çox fərqlənib. Junivan Suaresin 17 qolla ən yaxşı bombardiri olduğu komandada Benouahi və Xaqani Məmmədov 13, Anatoli Doroş 12, Leandro Qomeş və Qvidas Yuşka 10 qol sevinci yaşayıb. 202 qoldan 4-nü isə rəqiblər avtoqol etməklə vurub.
