22 fevral 2012 12:21
“Hesab daha böyük ola bilərdi”
"Neftçi"nin futbolçusu İqor Mitreski Premyer Liqanın son turunun "Rəvan"la keçirilmiş oyunuyla bağlı klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, makedoniyalı müdafiəçi 1:0 hesablı qələbələrini belə dəyərləndirib:
"Oyun boyu biz rəqibdən üstün futbol nümayiş etdirdik. Rəqib böyük qüvvə ilə müdafiə olunsa da təzyiqimiz nəticəsini verdi. Hesab daha böyük ola bilərdi. Amma əsası 3 xal qazanmağımızdı. Altılıq oyunlarına qədər daha 2 matçımız var. Həmin qarşılaşmalarda da qələbə qazanıb liderliyimizi qorumaq istəyirik".
