24 fevral 2012 02:30
Beşiktaş 1/8 finalda, Trabzonspordan vida (YENİLƏNİB)
Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Belə ki, “Manchester City” “Porto” ilə qarşılaşıb. İlk oyunda məğlub olmuş Avroliqanın son qalibinin səfərdə nə dərəcədə dönüş yaradacağı maraqla gözlənilirdi. Lakin çempionlar titullarını qoruya bilməyiblər. Cavab oyununda rəqibini darmadağın edən İngiltərə klubu ilk 1/8 finalçı olub.
İkinci oyun günündə qardaş Türkiyəni təmsil edən “Beşiktaş” və “Trabzonspor”un oyunlarına maraq daha çox idi. Səfərdə Avroliqanın son finalçısını - “Braga”nı 2 cavabsız qolla məğlub edən “qara qartallar”ın bu üstünlüyünü əldən verməsi inandırıcı görünmürdü. Gözlənildiyi kimi, "Beşiktaş" mərhələ adlamağı bacarıb. Baxmayaraq ki, cavab görüşündə meydanı məğlub tərk etməli olub. İlk oyunda doğma meydanda uduzan "Trabzonspor"un səfərdə PSV-ni mübarizədən kənarlaşdırması isə mümkünsüz görünürdü. Elə bu oyunda da gözlənilən olub.
Qalan cütlərdə isə mərhələ adlayan komandalar aşağıdakılar olublar:
Avropa Liqası
1/16 final mərhələsi (cavab oyunları)
22 fevral
Manchester City (İngiltərə) - Porto (Portuqaliya) – 4:0 (ilk oyun 2:1)
Qollar: Aquero, 1, Dzeko, 76, D.Silva, 84, Pizarro, 86.
23 fevral
Athletic (İspaniya) - Lokomotiv (Rusiya) - 1:0 (1:2)
Qol: Muniain, 62.
Brugge (Portuqaliya) - Hannover (Almaniya) - 0:1 (1:2)
Qol: Diuf, 21.
Twente (Hollandiya) - Steaua (Rumıniya) - 1:0 (1:0)
Qol: Çadli, 29.
PAOK (Yunanıstan) – Udinese (İtaliya) – 0:3 (0:0)
Qollar: Danilyo, 6, Flores, 15, Domisi, 51-pen.
PSV (Hollandiya) - Trabzonspor (Türkiyə) - 4:1 (2:1)
Qollar: Mertens, 15-pen, Matavs, 31; 55, Ştrutman, 38 - B.Yılmaz, 43.
Standard (Belçika) - Wisla (Polşa) - 0:0 (1:1)
Valencia (İspaniya) - Stoke City (İngiltərə) - 1:0 (1:0)
Qol: Yonas, 24.
Anderlecht (Belçika) - AZ Alkmaar (Hollandiya) - 0:1 (0:1)
Qol: Martens, 54.
Atletico (İspaniya) - Lazio (İtaliya) - 1:0 (3:1)
Qol: Qodin, 48.
Beşiktaş (Türkiyə) - Braga (Portuqaliya) - 0:1 (2:0)
Qol: Lima, 25.
Manchester United (İngiltərə) - Ajax (Hollandiya) - 1:2 (2:0)
Qollar: Çikarito, 6 - Özbiliz, 37, Alderveyreld, 87.
Metallist (Xarkov, Ukrayna) - Salzburg (İsveçrə) - 4:1 (4:0)
Qollar: Hinteregger, 28-öz qapısına, Kristaldo, 62, Blanko, 64; 87 - Yantçer, 56.
Olympiakos (Yunanıstan) - Rubin (Rusiya) - 1:0 (1:0)
Qol: Djebbour, 14.
Schalke (Almaniya) - Viktoria (Çexiya) - 3:1 (1:1)
Qollar: Huntelaar, 7; 106; 120 - Rajtoral, 88.
Sporting (Portuqaliya) - Legia (Polşa) - 1:0 (2:2)
Qol: Fernandes, 84.
