22 fevral 2012 12:49
Azərbaycan millisi Dubaya yola düşdü
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək Azərbaycan millisi komandası bu gün Bakını tərk edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts və futbolçularımız Bakı-Dubay reysi ilə Ərəbistan yarımadasına yollanıb.
Komandamız martın 1-dək davam edəcək hazırlıq müddətində Dubayda 3 yoldaşlıq oyunu keçirəcək. Komandamız fevralın 24-də Sinqapur, 27-də Hindistan, 29-da isə Fələstinlə qarşılaşacaq.
