23 fevral 2012 02:02
Səkkiz klubun baş məşqçisi Dubaya gedir
Məlum olduğu kimi, AFFA və Berti Foqtsun dəvəti ilə Premyer Liqa klublarının baş məşqçiləri Azərbaycan yığmasının Dubay toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, artıq dünəndən Birləşmiş Ərəb Əmirliklərində olan millimizin düşərgəsinə əksər klublarımızın çalışdırıcıları baş çəkməyə qərar verib.
Hətta bəzi mütəxəssislər öncədən Dubaya getməyəcəklərini açıqlasalar da, bu qərarlarını dəyişiblər. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev isə öncədən gedəcəyini desə də, son anda bu səfərdən vaz keçib.
Beləliklə, yığmamızın BƏƏ-dəki sınaq matçlarını Hacıyevlə yanaşı “Bakı”nın baş məşqçisi Aleksandr Starkov, “Simurq”un çalışdırıcısı Sergey Yuran və “Turan”dan Əsgər Abdullayev izləməyəcək. Qalan səkkiz klubun çalışdırıcısı isə Dubaya gedəcək.
