23 fevral 2012 15:09
Anatoli Banişevski yad olundu (FOTOLAR)
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər «Neftçi» komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 66-cı ildönümüdü. Azerisport.az xəbər verir ki, bu münasibətlə futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, «Neftçi» klubunun nümayəndələri, klubun yeniyetmələrdən ibarət komandasının oyunçuları, vetaran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar. Futbol veteranları Yaşar Babayev, Mübariz Zeynalov, Şamil Heydərov, Səmədağa Şıxlarov, Asim Xudiyev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə yada saldıqlarını bildiriblər.
