23 fevral 2012 15:55

Koke: Hamını mənim oyunum maraqlandırmalıdı

“Bakı”nın ispaniyalı hücumçusu Koke (Serxio Kontreras) azerisport.az saytına müsahibəsində paytaxt klubuna keçidindən, ilk qolundan, eləcə də çempionatımızdan danışıb.
 
- Necə oldu ki, Azərbaycan klubuna keçməyə qərar verdiniz?
- Hər şey çox tez və gözlənilməz alındı. Mən karyeramı Yunanıstan “Aris”ində davam etdirəcəyimi düşünürdüm. Amma yerli federasiya mənim bu klubla müqavilə bağlamağıma icazə vermədi. O zaman menecerim mənə “Bakı”nın müqavilə təklif etdiyini bildirdi. Mənə bildirdilər ki, klubun hər cür şəraiti var. “Bakı”nın yaxşı bazası var. Hər oyuna yaxşı hazırlaşmaq üçün şəraitimiz movcuddu. Bu klubdan təklif alanda da, çox fikirləşməyib, qəbul etdim. Klubun qarşısına yüksək hədəflər qoyması da məni sevindirir.

- Azərbaycan futbolunun səviyyəsi və klublarımızın nəticələri barədə nə bilirsiz?
- Məndə futbolunuza aid geniş informasiya yoxdu. Amma klublarda yaxşı legionerlərin oynadığını görürəm. Əksər klubların yaxşı büdcəsi var. Bütövlükdə, Azərbaycan idmanına böyük diqqət var. “Bakı”da çıxış etdikcə, yavaş-yavaş hər şeyi öyrənirəm.
 
- Hazırda komandanız ümidləri doğrultmur...
- Yanvar toplanışından sonra cəmi iki oyun keçirmişik. Odu ki, bu iki oyuna görə bizim çıxışımızı analiz etmək olmaz. Komandada təcrübəli futbolçular olduğundan, böyük rəqabət var. Amma bu, məni qorxutmur. Yavaş-yavaş oyunumuz da yaxşılaşacaq. Əsas altılıq mərhələsinin oyunlarına hazır olmaqdı. Əgər final mərhələsinə qədərki bütün oyunlarımızı qazansaq, o zaman ilk altılıqda oynayacağıq. Orda isə daha maraqlı olacağını düşünürəm.
 
- İspaniya mətbuatında sizin “Bakı”ya keçidiniz bu klubun digərlərindən daha çox pul təklif etməsi ilə izah edilir...
- Mətbuatda həmişə belə informasiyalar yayılır. Mən bilirəm ki, transferimlə bağlı yazılanlar düz deyil. “Bakı” ilə müqaviləmin müddəti bir illikdi. Alacağım məbləğ isə heç də mətbuatda göstərildiyi kimi deyil. Ümumiyyətlə, həqiqəti əks etdirməyən informasiyanı müzakirə etmək də düzgün deyil. Hamını məni oyunum maraqlandırmalıdı, başqa heç nə.
 
- Ehtiyatda qalmaqdan qorxmursuz?
- Mən hara gəldiyimi yaxşı bilirəm. Komandamızda Uinston Parks kimi hücumçuların çıxış etməsi məni çox sevindirir. Amma futbolda həmişə komanda qələbə qazanır. Əgər biz avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, o zaman komanda oyunu göstərməliyik. Mən hələ rəqiblərimiz haqda heç nə deyə bilmərəm. Sadəcə, onu bilirəm ki, “Bakı” indiyə qədər çempion da olub, kubok da qazanıb. Deməli, yenə eyni uğuru təkrarlamaq mümkündü. Mövsümü titulla bitirməyi çox istərdim.
 
- “Simurq”la oyunda siz yeni komandanızda ilk qolunuzu vurdunuz...
- Hər bir futbolçu üçün yeni komandasına alışmaq mühüm əhəmiyyət daşıyır. Mənim işim qol vurmaqdı. Zaqataladakı oyun “Bakı” üçün çox önəmliydi. Bizə “Qarabağ”a məğlubiyyətdən (0:3) sonra özümüzə gəlmək üçün mütləq qələbə qazanmaq lazım idi. Şadam ki, səfərdə qələbə qazana bildik. Bu qələbə qarşıdakı oyunlarda bizim işimizi daha da asanlaşdıra bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.