23 fevral 2012 16:25
Dörd klubsuz futbolçu Azərbaycan yığmasına çağırıldı
Xəbər verdiyimiz kimi, fevralın 26-dan 29-a qədər Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da açıqlanıb.
Belə ki, baş məşqçi Vəli Qasımov komandamızın düşərgəsinə 24 futbolçu dəvət edib. Maraqlıdı ki, onlardan dördü klubsuz oyunçulardı. Daha altı oyunçu isə Rusiya klublarında çıxış edənlərdi.
Tam siyahını diqqətinizə çatdırırıq:
Polad Mirzəzadə – «Bakı»
Fuad İslamzadə – «İnter»
Xəyyam İslamzadə – «Şuşa»
Əsgər Nəcəfəliyev – «Rostov» (Rusiya)
Teymur Quliyev – «Sumqayıt»
Elşən İsmayılov – «Neftçi»
Elşən İlyasov – «Neftçi»
Tapdıq Əliyev – AZAL
Raul Yaqubzadə – «Bakı»
Ələkbər Məmmədov – «Neftçi»
Soslan Tuayev – «Alaniya» (Rusiya)
Elmin Həsənov – «Lokomotiv» (Sankt-Peterburq, Rusiya)
Zamin İsmayılov – klubsuz
Teymur Fugin – «Stroqino» (Rusiya)
Ömər Mahmudzadə – «Neftçi»
Bəhruz Teymurov – «Karvan»
Anar Abbasov – «Dinamo»(Sankt-Peterburq, Rusiya)
Təbriz İsmayılov – «Olimpiya» (Volqoqrad, Rusiya)
Maqomed Musalov – klubsuz
Tahir Musalov – klubsuz
Cavid Bəkirli – «İnter»
Şamil Şamxalov – klubsuz
Samir Güləhmədov – «Rəvan»
Cavidan Qazıyev – AZAL
