23 fevral 2012 16:58
Millimizin oyunları eyni stadionda, eyni vaxtda baş tutacaq (FOTO)
Xəbər verdiyimiz kimi, fevralın 22-dən etibarən Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, millimizin hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığması ilə təşkil olunacaq yoldaşlıq oyunu “The Sevens” stadionunda keçiriləcək. Hər üç qarşılaşma saat 17:30-da başlayacaq.
