23 fevral 2012 17:19
Banişevskinin xatirə turnirini Neftçi qazandı (FOTOREPORTAJ)
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Anatoli Banişevskinin xatirə turnirinin qalibi adını qazanıb. Azerisport.az xəbər verir ki, "Dalğa Arena"da keçirilmiş yarışın final oyununda “ağ-qaralar” "İnter"li həmyaşıdlarından güclü olublar. Matçda vurulmuş yeganə qolu rəqib qapısından Vasif Abbasov keçirib – 1:0.
