23 fevral 2012 17:36
Qurban Qurbanov: Boyan Pavloviç Fərhadın zədələnməsindən yararlandı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fərhad Vəliyevlə müqayisədə ondan sonra gələn Boyan Pavloviçə üstünlük verməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Hər ikisinə şans verməyə çalışıram. Ötən mövsüm Fərhad zədə aldı. Boyan isə bundan yararlanıb, əsas heyətdə möhkəmləndi. Serbiyalı qapıçı digər qapıçımızın zədələnməsindən yaxşı mənada yararlandı. Amma düzünü deyim ki, mən Fərhadla Pavloviç arasında fərq qoymuram”.