23 fevral 2012 17:57
Azərbaycanda baş tutacaq DÇ Londonda təbliğ olundu
İngiltərənin paytaxtı London şəhərində keçirilmiş ənənəvi Beynəlxalq Neft Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən qəbul təşkil edilib. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı stendlər quraşdırılıb, çap məhsulları nümayiş olunub və turnir barədə iştirakçılara məlumat verilib.
Xatırladaq ki, ARDNŞ, Xalq Bank və Bakcell şirkəti U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yerli tərəfdaşlarıdı.
