23 fevral 2012 18:15

“Yığma komandaya çağırılmamağıma sevindim”

AZAL-ın forvardı Elşən Məmmədov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan yığmasının hazırkı toplanışına çağırılmamasından, eləcə də komandasının çıxışından danışıb.

- Siz Azərbaycan yığmasının hazırkı toplanışına dəvət alanlar arasında yoxsunuz...
- Həmin siyahını görmüşəm. Xeyli yeni futbolçuların adlarına rast gəlmək mümkündü. Yəqin ki, Foqts yeni oyunçuları sınaqdan keçirmək qərarına gəlib.
 
- Millinin əsas üzvlərindən sayılmasaz da, hər halda son seçmə tsikldə Türkiyə və Belçika kimi komandalara qarşı oynadınız. Bu dəfə millidən kənarda qalmaq üzücü olmadı ki?
- İnanmazsız, amma mən buna sevindim. Premyer Liqadakı sonuncu oyunumuzdan sonra kürəyimdə ağrılar hiss etməyə başladım. İndi heç məşq də edə bilmirəm. Onda daha üzücü olardı ki, milliyə dəvət alardım, amma bu dəvəti qəbul edə bilməzdim.

- Yəqin ki, Foqts sizin qaydada olmağınız hiss edib...
- (gülür) Xeyr, o, bundan təbii ki, xəbərsiz idi. Əslində, Dubay toplanışına çağırılacağımı düşünürdüm. Amma bu, baş vermədi. Ümid edirəm ki, tsiklə az qalmış məni də yığmaya cəlb edəcək. Dubay toplanışına çağırılan futbolçular arasında elələri var ki, heç vaxt milli forma geyməyiblər. Bu üzdən şübhəsiz ki, kimlərsə yığmanın hazırkı toplanışını buraxmalı idi. Əks halda yeni oyunçulara da şans vermək imkanı olmazdı.
 
- Berti Foqts son müsahibəsində bildirib ki, o, sadəcə DÇ-2014-ün seçm mərhələsini yox, həm də AÇ-2016-nı düşünür. Sizcə, o, artıq indidən bəzi yaşlı futbolçuları millidən uzaqlaşdırmağa qərar verməyib ki?
- İnanmıram ki, qısa zamanda yığmamızda elə ciddi dəyişikliklər baş versin. O, millidən 3-4 futbolçunu uzaqlaşdıra bilər, artığını yox. Təcrübəli və gənc futbolçuların sintezi həmişə lazımdı. Həm də onu nəzərə almaq lazımdı ki, gənc futbolçuların heç də hamısı klublarında əsas heyətdə çıxış etmir. Belə olan halda Foqts yığmanın heyətini bütünlüklə yeniləyə bilməz.
 
- Bəs yığmamızın Dubayda qarşılacağı rəqiblər haqda nə düşünürsüz?
- Yüngül desək, heç də güclü rəqiblər deyillər. Fikrimcə, uşaqlar Sinqapur və Hindistan yığmalarını məğlub edəcəklər. Amma Fələstinlə bir qədər çətin olacaq. Bu komandanın oyun təcrübəsi var. Yaxşı komandadı.
 
- Bu oyunlarda qələbə bizim üçün vacibdi?
- Əlbəttə, bunlar rəsmi oyunlar deyil. Amma qələbə həmişə qələbədi. Yəqin ki, hər oyunda müxtəlif heyətlərə üstünlük veriləcək. Berti Foqts hamını yoxlamağa, şans verməyə çalışacaq. Yeni futbolçuların özlərini necə göstərəcəklərinə baxmaq maraqlı olacaq. Hər halda Sinqapurla Hindistanı məğlub etmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.