23 fevral 2012 18:45
Bakının zədəli oyunçusu sıraya dönür
"Bakı" və Sierra-Leone milli komandasının üzvü İbrahim Karqbo məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, ötən həftə Acıbadem klinikasında müalicə keçən futbolçu bu gündən etibarən fərdi məşqlərə başlayıb.
"Qarabağ" və "Simurq"la qarşılaşmalarda zədə səbəbindən heyətdən kənar qalan Karqbonun qarşıdan gələn oyunlarda qədər tam hazır olacağı təxmin edilir.
Xatırladaq ki, "Bakı" növbəti oyunu öz meydanında "İnter"ə qarşı keçirəcək. Haqqında söhbət gedən qarşılaşma mart ayının 3-də baş tutacaq.
