23 fevral 2012 12:25
İsgəndər Cavadov AFFA prezidenti olmaq istəmir
Regional Futbol Federasiyasının rəhbəri İsgəndər Cavadov AFFA prezidenti olmaq istəmir. Azerisport.az xəbər verir ki, Cavadov bu üzdən prezidentliyə namizədliyini də irəli sürməyəcək.
Çünki o, sadəcə İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirməkdə daha çox maraqlıdı. Böyük ehtimalla Cavadov məhz hazırkı işini davam etdirməli olacaq.
Qeyd edək ki, AFFA prezidenti postuna hələlik yalnız bir namizəd var. O da qurumun hazırkı prezidenti Rövnəq Abdullayevdi.
