24 fevral 2012 01:07
“Foqts özü meydana çıxıb oynayası deyil ki”
Gənclər və İdman Naziri Azad Rəhimov futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts öz işinin öhdəsindən lazımınca gəlir. Azerisport.az xəbər verir ki, nazir almaniyalı mütəxəssisin işinə münasibət bildirərkən, bunları dilə gətirib:
“Berti Foqtsun Azərbaycanda çalışması heç də az müddət deyil. Göründüyü kimi, o, eyni materialla çalışır. Hesab edirəm ki, gənc futbolçularımızda potensial var. İndi onlara vaxt və şans vermək lazımdı. Əlbəttə, yığmaya müxtəlif məşqçiləri dəvət etmək də mümkündü. Bu, Qus Hiddink də ola bilər, başqası da. Amma bizim futbolçularımız olmalıdı. Foqts özü meydana çıxıb oynayası deyil ki. Əgər futbolçu yoxdursa, məşqçi heç nə edə bilməz”. (Xəzər TV)