24 fevral 2012 13:25
Türkiyənin iki klubu Sadıqovu istəyir
Futbol üzrə Azərbaycan yığmasının, eləcə də Rusiyanın “Anji” klubunun sabiq məşqçisi Vaqif Sadıqov bundan sonrakı karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, ona qardaş ölkənin iki klubundan təklif var.
Hər iki klub azərbaycanlı mütəxəssisə bir illik müqavilə təklif edib. Bunlardan biri Bank Asya birinci liqada çıxış edən klublardandı. Digəri isə dördüncü liqada mübarizə aparan “Erzurumspor”du.
Qeyd edək ki, Sadıqov hazırda “Anji” ilə məsələni yola qoymaqla məşğuldu. Mahaçqala klubuyla bütün problemlərini yoluna qoyduqdan sonra Sadıqov yeni təklifləri də nəzərdən keçirəcək.
