24 fevral 2012 13:43
AFFA festival təşkil etməyə hazırlaşır
Martın 10-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da FIFA ilə əməkdaşlıq çərçivəsində AFFA tərəfindən Futbol festivalı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, tədbir saat 11:00-da başlayacaq.
Festivalda 1995-ci il təvəllüddən başlayaraq digər yaş qruplarına da aid olan qızlar iştirak edə bilər. Bunun üçün martın 8-ə qədər qeydiyyatdan keçmək lazımdı.
