24 fevral 2012 14:02
Vaqif Sadıqov: Bu klublara yaxın bir həftə ərzində cavab verəcəyəm
Futbol üzrə Azərbaycan yığmasının, eləcə də Rusiyanın “Anji” klubunun sabiq məşqçisi Vaqif Sadıqov Türkiyə klublarından təklif almasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən “Anji” ilə əlaqədar işlərimlə məşğul idim. Yuri Krasnojanın gedişindən sonra mənim yenidən bu komandaya qayıtmaq variantım var idi. Amma artıq klubun yeni məşqçilər korpusu var. Yeni təkliflərə gəlincə, onlara yaxın bir həftə ərzində cavab verəcəyəm. Hələ indidən konkret heç nə deyə bilmərəm”.