24 fevral 2012 14:28
Millimiz meydana qara sarğı ilə çıxacaq
Xəbər verdiyimiz kimi, bu gün saat 17:30-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda Azərbaycan və Sinqapur milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar millimiz meydana qara sarğı ilə çıxacaq və qarşılaşmadan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Məlumatı AFFA yayıb.
