24 fevral 2012 19:30

Millimiz 2012-yə qələbəylə başlaya bilmədi (YENİLƏNİB)

Futbol üzrə Azərbaycanın əsas yığma komandası fevralın 22-dən etibarən startı verilən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərindəki təlim-məşq toplanışında çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın birinci rəqibi Sinqapur seçməsiydi.
 
Sinqapurlularla qarşılaşma 2012-ci ildə ilk oyunumuzdu. Bu üzdən də millimiz özündən xeyli zəif rəqibi üzərində qələbə qazanmaqla ilə uğurlu start verməyə çalışmalıydı. Lakin təəssüf ki, komandamız 2 top fərqi ilə öndə olduğu matçda qələbəni əldən verdi.
 
Komandamız fevralın 27-də Hindistan, fevralın 29-da Fələstin yığmalarıyla da yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu
24 fevral
 
Azərbaycan – Sinqapur - 2:2 (1:0 )
Qollar: R.Əliyev, 15 (1:0), M.Şükürov, 62 (2:0), Ş.İşak, 72 (2:1), Ş.Süleyman, 90+3.
Dubay. “The Sevens” stadionu.
 
AZƏRBAYCAN: 23. Andrey Popoviç, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 20. Ufuq Budak, 21. Vladimir Levin, 22. Əfran İsmayılov, 26. Vüqar Əsgərov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 9. Bədavi Hüseynov, 10. Branimir Subaşiç, 12. Anar Nəzirov, 13. Hacı Əhmədov, 15. Ruslan Abışov, 16. Arif Daşdəmirov, 17. Vüqar Nadirov, 26 Murad Ağayev.
Baş məşqçi: Berti Foqts.
SİNQAPUR: 1. Hasan Sanni, 12. Ahu Kaşmir, 5. Baynakki Hayzan, 16. Daniel Bennet, 10. Fazrul Nazvas, 3. Şaycu Esah, 20. Ruzairi Zayral, 4. İsa Halim, 17. Şahril İşak (k), 15. Musratik Fahrudin, 8. Şahdan Süleyman.
 
Oyun başladı
4. Sinqapurluların künc zərbəsindən fərqlənməsinə müdafiəçilərimiz mane olurlar
5. Komandamızın hücum qurmaq cəhdi baş tutmur
9. Süleymanın zərbəsi qapıdan aralı keçir
10. Yığmamız hələ ki, hücum qurmaqda çətinlik çəkir
13. Mahirə qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu. Lakin cərimə zərbəsini uğursuz yerinə yetiririk
15. Rauf Əliyev Əfran İsmayılovun əla ötürməsini qola çevirir - 1:0
19. Sinqapurluların cərimə zərbəsi canlı səddən dönür
21. Əfranın başladığı əla əks-hücumu qapıya zərbəylə yekunlaşdıra bilmirik
24. Kaşmirin çox təhlükəli zərbəsini Popoviç kornerə çıxarır
30. Rahidin uzaqdan zərbəsi qapıdan azca aralı keçir
36. Komandamızın kornerdən fərqlənmək istəyi alınmır
40. Hissənin sonları xeyli sönük keçir
45. Yığmamızın künc zərbəsi qol gətirmir
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
45+1. Futbolçularımız ikinci qolu vurmaq üçün əla şansa malik olsalar da, yararlana bilmirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədən sonra yığmamızın heyətində Ruslan Abışovla Murad Ağayev meydana çıxır. Onlar R.Sadıqovla R.Umarovu əvəzləyiblər
46. Sinqapur millisində də 3 dəyişiklik edilir
48. Mahirin qüvvətli zərbəsini qapıçı tutur
50. Yığmamızın üzvləri əla hücumu qolla tamamlaya bilmir
55. Oyuna nəzarət tam olaraq futbolçularımızın əlindədi`
58. Süleymanın uzaqdan zərbəsini Popoviç kornerə çıxarır
59. Sinqapurluların korneri çox uğursuz alınır
61. Rauf qarşı düz cərimə meydançası xətti üzərində qayda pozuntusuna yol verilir
62. Vüqar Əsgərovu Vüqar Nadirov əvəzləyir
62. Mahir cərimə zərbəsini əla zərbə ilə tora qovuşdurur - 2:0
Maraq üçün qeyd edək ki, Mahir bu qolunu Kamran Ağayevlə birgə bayram edir. Hansı ki, ölkə çempionatının son turu zamanı aralarında yaranan söz davası ilə gündəmə gəlmişdilər
67. Çertoqanovdan çox uğursuz zərbə
71. Levin topu qəbul edərkən səhvə yol verir, ardından isə rəqib oyunçunu cərimə meydançasında yıxır və penalti
72. İşak penaltini dəqiq yerinə yetirir - 2:1
74. Komandamızın təhlükəli hücumu qeyri-dəqiq zərbəylə tamamlanır
76. Sinqapurluların kornerini qapıçımız zərərsizləşdirir
81. Branimir Subaşiç Əfranın əvəzində meydana çıxır
88. Yığmamızın kornerdən qol vurmaq istəyi alınmır
90. Futbolçularımız daha bir korneri boşa verdilər
90+3. Komandamız qələbə hesabını əldən verir - 2:2
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.