24 fevral 2012 14:57
Yunis Hüseynov: Milli komandamız bu üç oyunda 15 qol vurmalıdı
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində yığmamızın Dubay toplanışından, eləcə də qarşılaşacağımız rəqiblərdən danışıb.
- Sizcə, Dubay toplanışı yığma komandamıza nə verəcək?
- Bunu Berti Foqts bilməlidi. Futbolçular üçün yoldaşlıq oyunları çox faydalıdı. Amma düzü mən bilmirəm Hindistan və Fələstin yığmalarıyla oyunlar bizə nə verə bilər. Görünür, Foqts özü bu yığmaları tanıdığı üçün seçib.

- Mümkündü ki, Foqts bu yığmaları komandamızın heyətinə çoxlu yeni və gənc futbolçular dəvət etdiyinə görə seçsin?
- Mən onun yığmaya kimləri çağırdığını da bilmirəm. Əgər bütün oyunlarda o, çağırdığı gənc futbolçulara şans verəcəksə, onda Foqtsun seçimini başa düşmək olar. Amma istənilən halda mənə elə gəlir ki, belə rəqiblərlə oyunlarda yığma heç nə əldə edə bilməz. Əksinə, rəqiblərimiz bizdən nələrisə öyrənmiş olacaqlar.

- Hindistan, Fələstin və Sinqapur yığmaları barədə nə bilirsiz?
- Mən yalnız ötən il öyrənmişəm ki, Hindistanda da futbol var. Daha sonra Hindistanın “Bayern” klubu ilə oyununu izlədim. Hansı ki, Münhen təmsilçisi 4:0 hesablı qələbəyə sevindi. Hazırda Hindistan futboluna çoxlu pullar yatırılmaqdadı. Futbolun səviyyəsini qaldırmağa çalışırlar. Ölkə çempionatında altı klub çıxış edir. Fikrimcə, yığmamızla oyunda da onlar daha çox əldə etmiş olacaq, biz yox. Hindistan yenicə beynəlxalq təcrübə qazanmağa başlayan komandadı.

- Bəs digər rəqiblərimiz barədə nə deyərdiz?
- Sinqapurda futbolun olduğunu bilirəm. Amma Fələstin barədə heç nə deyə bilmərəm. Hindistanla Fələstində futbol o qədər də populyar deyil. Hər halda qarşıdakı oyunlar hər şeyi göstərəcək. Amma bizim hətta bu üç oyunun hamısında qələbə qazanmağımız da heç nədən xəbər verməyəcək. Komandamızın səviyyəsini belə rəqiblərlə oyunlarda müəyyənləşdirməməliyik.

- Belə çıxır ki, bizi bu komandalarla oyunlarda hətta minimal hesablı qələbə də qane etməyəcək?
- Elədi ki, var. Hətta komandamızın heyətində bircə gənc futbolçu da olsa belə, problemsiz qələbə qazanmalıyıq. Hindistan, Fələstin futbol komandası deyil. Onlar yenicə komanda yaratmağa başlayıblar. Belə komandalarla oyunlarda başqa şey haqda düşünmək lazım deyil. Hesab edirəm ki, Azərbaycan yığması bu üç oyunda 15 qol vurmalıdı. Yalnız belə olan halda futbol oynadığımızı sübut edə bilərik.

- Deməli, sizin üçün nəticə önəmlidi?
- Yoldaşlıq oyunlarında nəticə ön planda olmur. Amma eyni zamanda mən Hindistana uduzmağa haqqımızın olmadığını düşünürəm.

- Foqtsun Premyer Liqa klublarının çalışdırıcılarını Dubaya dəvət etməsini necə qiymətləndirirsiz?
- Mənim 47 yaşım var. Onun 32 ilini futbolda keçirmişəm. Karyeram ərzində çox şey görmüşəm. Mənə Dubay səfərinin məqsədi çox maraqlıdı. Mümkündü ki, Foqts öz məşqlərini göstərmək istəyir. Amma hazırlıq zamanı 3 yoxlama oyunu olacaq. Yaxud Foqtsun bizə məlum olmayan başqa planı da ola bilər. Düzünü deyim ki, mən heç vaxt yığmanın baş məşqçisinin klublardakı həmkarlarına belə dəvət göndərməsinə rast gəlməmişəm. Özü də nəzərə almaq lazımdı ki, bizdə çempionatın ən qızğın dövrüdü.