24 fevral 2012 15:14
Qarabağ məşqləri bərpa etdi
“Qarabağ” məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda baş tutmuş “Kəpəz”lə oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 2 günlük istirahət vermişdi.
Komanda çalışmaları tam heyətlə davam etdirmir. 5 futbolçu Azərbaycan millisinin əsas heyətində Dubaya təlim-məşq toplanışına yollanıb. 3 futbolçu isə U-21 düşərgəsindədi. Ansi Aqolli Albaniya millisinin düşərgəsinə yollanıbsa, zədəsi olan Nderim Nedzipi ölkəsində müalicə alır. Maksim Medvedev isə “Bakı”yla oyunda aldığı zədəni sağaltmaqla məşğuldu. Maksim hazırda fərdi çalışmalarla kifayətlənir. Yaxın zamanlarda müdafiəçinin toplu çalışmalar başlayacağı gözlənilir.
