24 fevral 2012 16:36
Azərbaycan yığması Sinqapura qalib gələcək
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan - Sinqapur yoxlama matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Azarkeşlərin böyük əksəriyyəi bu oyunda yığmamızın qələbə qazanacağına şübhə etmir. Belə ki, respondentlərin 71 faizi (127 səs) məhz Azərbaycanın qalib gələcəyini düşünür.
Sinqapurun qalib gələcəyini güman edən azarkeşlər 22 faiz (39) təşkil edir. Bu qarşılaşmanın sülhlə bitəcəyini düşünənlər isə sadəcə 8 faizdi (14).
