24 fevral 2012 17:17
Yenilənmiş Türkiyə yığmasının heyəti açıqlandı
Yeni baş məşqçisi Abdullah Avcının rəhbərliyi altında ilk oyunun Slovakiyaya qarşı keçirəcək Türkiyə millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, yeni baş məşqçi yoldaşlıq oyununa 27 futbolçu çağırıb.
“Galatasaray”dan Engin Baytar, Sabri Sarıoğlu, Sercan Yıldırım, Hakan Balta, “Fenerbahçe”dən Emre Belözoğlu, Volkan Dəmirəl, Mehmet Topuz, “Real”dan Hamit Altıntop və və daha bir neçə aparıcı futbolçuya dəvət göndərməyən Avcı çox sayda yeni oyunçunu yoldaşlıq oyununa çağırıb. Yeni baş məşqçi yoldaşlıq oyununda sınayacağı futbolçularla milli komandanın heyətini quracaq. Avcı Qus Hiddinkin milliyə çağırmadığı “Valensiya”lı Mehmet Topala da dəvət göndərib.
Cenk Gönen, İsmail Köybaşı, Necip Uysal, Mustafa Pektemek (Beşiktaş), Caner Erkin, Serdar Kesimal, Gökhan Gönül (Fenerbahçe), Tolqa Zengin, Olcan Adin, Burak Yılmaz (Trabzonspor), Hasan Ali Kaldırım, Eren Güngör (Kayserispor), Selçuk İnan, Semih Kaya (Galatasaray), Serdar Aziz (Bursaspor), Alper Potuk (Eskişehirspor), Soner Aydoğdu (Genclerbirligi), Sinan Bolat (Standard, Belçika), Ömer Toprak (Bayer, Almaniya), Arda Turan (Atletico, Madrid, İspaniya), Mehmet Ekici (Werder, Almaniya), Mehmet Topal (Valencia, İspaniya), Nuri Şahin (Real, İspaniya), Olcay Şahan (Kayzerslautern, Almaniya), Tunay Torun (Hertha, Almaniya), Umut Bulut (Tuluza, Fransa), Mevlüt Erdinç (Rennes, Fransa).
