24 fevral 2012 17:33
Foqtsdan hədə: Bu məsələ öz həllini hüquqi müstəvidə tapacaq
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalarla əlaqədar AFFA-nın saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi mətbuat orqanlarında şəxsiyyətimi təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq”.
