24 fevral 2012 17:53
Azərbaycan - Sinqapur matçı yerli hakimlərə tapşırılıb
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının Sinqapur yığması ilə keçirdiyi yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmanı yerli hakimlər idarə edirlər. Onların siyahısı belədi:
Baş hakim: Fahed Əlksur
Baş hakimin köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali
Dördüncü hakim: İbrahim Məhari
