24 fevral 2012 20:04
Berti Foqts: Biz iki səhv buraxdıq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Dubayda keçirilən Sinqapurla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi. Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Biz iki səhv buraxdıq ki, onlar da qol bahasına başa gəldi. Bu üzdən də bizə daha yaxşı, diqqətli oynamaq lazımdı. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Gənc futbolçulardan isə razıyam. Mən yenə həmin fikrimdə qalıram ki, Sinqapur da oyun üslubuna görə İsrail kimi futbol sərgiləyir”.