24 fevral 2012 20:11
Mahir Şükürov: Bu, arxayınlığın nəticəsidi
Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin oyunçusu Mahir Şükürov Dubayda keçirilən Sinqapurla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Futbol 90 dəqiqə oynanılır. Mümkündü ki, son saniyələrdə buraxılan qol arxayınlığın nəticəsidi. Həm də komandamızın heyətində xeyli yeni və gənc futbolçular var idi. Komanda cəmi 2 gündü bir araya gəlmişdi. Hazırlıq üçün vaxtımız az idi. Amma qarşıda daha iki oyunumuz var. Çalışacağıq həmin qarşılaşmalarda qələbə qazanaq”.