24 fevral 2012 20:16
Nazim Süleymanov: Son dəqiqələrdə qol buraxmağımızdan narazıyıq
Futbol üzrə Azərbaycan yığmasının yeni məşqçisi, Berti Foqtsun əsas köməkçisi təyin olunan Nazim Süleymanov Dubayda keçirilən Sinqapurla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Son dəqiqələrdə qol buraxmağımızdan narazıyıq. Amma bu, bir yoxlama matçı idi. Əlbəttə, qələbə qazansaydıq, bu, hamını sevindirərdi, komandadakı atmosferi də yaxşılaşdırmış olardı. Görünür, uşaqlar son dəqiqələrdə konsentrasiyanı itirdilər. Gənc futbolçulara indidən qiymət vermək olmaz. Bütövlükdə, onlar özlərini heç də pis tərəfdən göstərmədilər”.