24 fevral 2012 20:22
Millimizin hücumçusu La Liqa klubuna keçir
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rizvan Umarov karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 19 yaşlı futbolçumuzun xidmətində “Osasuna” maraqlıdı.
İspaniyanın üçüncü divivion klubu “Deportivo Kastelyon”dakı işləri heç də yaxşı getməyən və komandasını dəyişmək istəyən Umarovun “Osasuna” ilə danışıqlarının necə nəticələnəcəyi hələlik bilinmir. Lakin hər halda millimizin üzvünün daha iddialı kluba keçidi yaxşı olardı.
Qeyd edək ki, “Osasuna” İspaniya çempionatında 9-cu yerdə gedir.
