24 fevral 2012 20:26
Azərbaycan yığması AZAL-la bacarmadı
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AZAL klubu ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Yığmamızın heyətində Cavid İmamverdiyev və Tural İsgəndərov fərqlənib.
