24 fevral 2012 20:33
Ruslan Abışov: Hamımız meydana qələbə üçün çıxmışdıq
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov Dubayda keçirilən Sinqapurla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Son saniyələrdə qapımıza vurulan qol bizə çox pis təsir etdi. Biz yaxşı oynadıq. Bütün komanda üzvləri meydana qələbə üçün çıxmışdı. Amma təəssüf ki, lap sonda qapımızda qol gördük. Bu gün baş məşqçimiz gənclərə oynamaq şansı yaratmışdı. Əminəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.