24 fevral 2012 11:48
Diniyev: Foqts bütün qapıları Vaqifin üzünə bağlamamalıdı
Futbol üzrə Azərbaycan yığma komandasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində millimizin Dubay toplanışından, keçirəcəyi yoxlama oyunlarından, eləcə də Vaqif Cavadovdan danışıb.
- Siz Dubay toplanışını yığmamız üçün nə dərəcədə faydalı sayırsız?
- Hazırlıq həmişə lazımdı. Yığmanın futbolçuları bir yerdə çoxlu vaxt keçirməlidilər ki, meydanda bir-birini daha yaxşı başa düşə bilsinlər. Dubay toplanışı da həm gənclərə, həm də yığmanın əsas üzvlərinə faydalı olacaq. Yəqin ki, baş məşqçi Berti Foqts onları iş başında yoxlamağa çalışacaq. O, məhz bu oyunlarda qarşıdakı rəsmi oyunlar üçün əsas heyəti formalaşdırmalıdı. Bu üç sınaq matçı komandamızın üzvlərinə nisbətən daha yaxşı optimal forma yığmağa imkan yaradacaq.

- Sinqapur, Hindistan və Fələstin yığmalarıyla oyunları necə dəyərləndirirsiz?
- Təəssüf ki, mənu bu rəqiblərin oyun üslubu barədə heç nə bilmirəm. Onların heç bir oyununu görməmişəm. Nəsə söyləmək üçün informasiyaya da malik deyiləm.
- Bu yığmaları Azərbaycan millisindən daha zəif hesab etmirsiz?
- Güclü komandalara qarşı oynamaq həmişə ağır olur. Amma onu nəzərə almaq lazımdı ki, biz bu rəqiblərə qarşı bir həftə içində üç oyun keçirməliyik. Həm də baş məşqçi gənc futbolçuları sınaqdan keçirəcək. Odu ki, rəqiblərimizi normal sayıram. Belə komandalarla oyunlarda nəticə böyük önəm kəsb etməməlidi. Futbolçular sadəcə öz oyunlarını sərgiləməlidilər, rəqibi düşünməməlidilər. Bu görüşlər üçün əsas məqsəd heyəti formalaşdırmaq və taktikaları yoxlamaqdı. Bunu da ancaq belə rəqiblərlə oyunlarda həyata keçirmək daha uyğundu.

- Foqtsun Premyer Liqa klublarının baş məşqçilərini Dubaya dəvət etməsi ilə bağlı nə deyə bilərsiz?
- Düzünü deyim ki, Foqtsun bunda nə məqsəd güddüyünü dəqiq bilmirəm. Baxmaq lazımdı ki, onlar toplanışda nəyi izləyəcəklər. Mümkündü ki, onların toplanışa qatılması həqiqətən faydalı olsun. Bir şey aydındı ki, bu dəvət üçün seçilmiş vaxt çox uğursuzdu. Hazırda çempionatda çox vacib mərhələdi. Hər klub mümkün qədər yaxşı çıxış etməyə çalışır. Belə bir zamanda çətin ki, hansısa komandanın çalışdırıcısı işini atıb, Dubaya gedə.

- Vaqif Cavadov bəyan edib ki, səhvini boynuna alır və yığmaya qayıtmağa hazırdı...
- Onun belə açıqlama verməsi çox yaxşıdı. Fikrimcə, Foqts dərhal bütün qapıları onun üzünə qapamamalıdı. O, hələ gəncdi, komandaya faydası dəyə bilər. Əsas odu ki, o, özü səhvini anlayıb və ümidvaram ki, bir daha təkrarlamaz. Bizim hamımızın səhvi olur. Birinin səhvinə görə onu siyahıdan tam silmək düz deyil.
- Nazim Süleymanovun Foqtsa köməkçi təyin olunmasına təəccüblənmədiz?
- Nazim Süleymanov yaxşı mütəxəssisdi, gözəl insandı. Mən onun yığmada çalışacağına çox sevinirəm. Bunu eşidən kimi, zəng edib, təbriklərimi çatdırdım. Ona uğurlar arzulayıram. Nazim yığmaya kömək edə bilər. Belə təyinatları ancaq alqışlamaq olar.

- Amma klublar tərəfindən yerli mütəxəssislərə diqqət yoxdu. Sizcə, niyə?
- Bunu klub prezidentlərinə vermək lazımdı. Bizim mütəxəssislərə güvənmirlər. Buna görə də əcnəbiləri dəvət edirlər. Yerli mütəxəssislərin böyük əksəriyyəti işsiz qalıb və bu haqda heç kim düşünmək istəmir.

- Bəs siz özünüz çempionatımızı izləyirsiz?
- Təəssüf ki, hamısını izləmirəm. Demirəm ki, maraqsızdı. Sadəcə, oyunların çoxuna baxa bilmirəm. Buna görə də çempionat barədə danışa bilmərəm.