24 fevral 2012 11:56
Növbəti turun hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 18-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, turun əksər görüşləri sabah keçiriləcək. "Bakılı" - "Qaradağ Lökbatan" oyunu Anar Salmanova, "Neftçala" - "Şəmkir" oyunu Elnur Muradova, “MKT-Araz" – MOİK matçı Teymur Fərhadova, "Karvan" - "Göyəzən" görüşü Elgün Hüseynova, "Şahdağ" - "Lokomotiv" qarşılaşması isə Anar Niyazova tapşırılıb.
Turun qapanış matçında - "Şuşa" - "Muğan" oyununda da Ceyhun Haşımov fit çalacaq.
Birinci divizion
18-ci tur
25 fevral (şənbə)
"Bakılı" - "Qaradağ Lökbatan"
Hakimlər: Anar Salmanov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov
"Şəfa" stadionu, IV meydança
"Neftçala" - "Şəmkir"
Hakimlər: Elnur Muradov, Ruslan Babayev, Maqsud Şıxəliyev, Anar Heydərov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
MKT "Araz" - MOİK
Hakimlər: Teymur Fərhadov, Rəşad Abbasov, Aleksandr Musatkin, Sərxan İsmayılov
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Karvan" - "Göyəzən"
Hakimlər: Elgün Hüseynov, Müslüm Əliyev, Rahin Heybətov, Rəşad Əhmədov
Yevlax şəhər stadionu
"Şahdağ" - "Lokomotiv"
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Coşqun Həsənov, Elxan Müslümov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
27 fevral (bazar ertəsi)
"Şuşa" - "Muğan"
Hakimlər: Ceyhun Haşımov, Ruslan Quliyev, Ruslan Nəsibov, Namiq Bəkirov
"Şəfa" stadionu, IV meydança
Bütün oyunlar saat 14:00-da başlayacaq.
