24 fevral 2012 12:04
Avropa Liqasında 1/8 final cütləri bəlli oldu
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsində görüşəcək cütlər müəyyənləşib. Azerisport.az həmin cütlərin tərkibi ilə sizi də tanış edir.
Qeyd edək ki, bu mərhələnin püşkü hələ xeyli öncədən atılmışdı. Belə ki, 1/16 final mərhələsində mübarizə aparan kollektivlər qələbə qazanacaqları halda kimlərlə düşəcəklərini bilirdilər.
Beləliklə, Avroliqanın 1/8 final mərhələsində bu komandalar üz-üzə gələcəklər:
Manchester United (İngiltərə) – Athletic (İspaniya)
Sportinq (Portuqaliya) – Manchester City (İngiltərə)
Metallist (Xarkov, Ukrayna) – Olympiakos (Yunanıstan)
Atletico (İspaniya) – Beşiktaş (Türkiyə)
Valencia (İspaniya) - PSV (Hollandiya)
AZ Alkmaar (Hollandiya) – Udinese (İtaliya)
Twente (Hollandiya) – Schalke (Almaniya)
Standard (Belçika) – Hannover (Almaniya)
İlk oyunlar 8 martda adları birinci göstərilən komandaların meydançasında, cavab görüşləri bundan bir həftə sonra olacaq.
