24 fevral 2012 00:05
Azərbaycan yığması yoxlama oyununda qalib gəldi
Bakı şəhərində təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız “Bakı”nın 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşıb.
“Bakı”nın Təlim-Məşq Bazasının stadionunda keçirilmiş qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Azərbaycan U-17-nin heyətində Ülvi İbadzadə və Fəhmin Muradbəyli fərqlənib.
